Bank Of Baku

“Qarabağ partizanları”nın valideynləri Bakıda keçirilən beynəlxalq seminarın bir qrup iştirakçısı ilə görüşüblər

“Qarabağ partizanları”nın valideynləri Bakıda keçirilən beynəlxalq seminarın bir qrup iştirakçısı ilə görüşüblər
# 12 fevral 2007 14:08 (UTC +04:00)
“Qarabağ partizanları”nın valideynləri Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq seminarın bir qrup iştirakçısı, o cümlədən Beynəlxalq Hüquq Müdafiəçilərinə Dəstək Fondunun və Sakit okean hövzəsi Qadınların Hüquqlarını Müdafiə Forumunun nümayəndələri ilə görüşüblər. “Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, valideynlər beynəlxalq təşkilatların nümayəndələrinə “Qarabağ partizanları” ilə bağlı məlumat veriblər, onların haqqında ədalətsiz qərarlar çıxarıldığını və hələ də həbsdə saxlanıldıqlarını bildiriblər. Görüşdə həbs olan partizanların ailə üzvlərinin ağır vəziyyətdə yaşadıqları da qeyd olunub. Beynəlxalq təşkilatların nümayəndələri problem haqda Azərbaycanda görüşəcəkləri hökumət və qeyri-hökumət qurumlarının rəhbərlərinə məlumat verəcəklərini söyləyiblər./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR