Bank Of Baku

Birinci instansiya məhkəməsi hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi başa çatıb

Birinci instansiya məhkəməsi hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi başa çatıb
# 12 fevral 2007 14:31 (UTC +04:00)
Birinci instansiya məhkəməsi hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi başa çatıb. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. R. Rzayev bildirib ki, qiymətləndirmənin nəticələri yaxın günlərdə açıqlanacaq. Fəaliyyət müddəti başa çatmış hakimlərin işi qiymətləndirilərkən qanun pozuntularına yol verməyən hakimlər vəzifədə irəli çəkiləcək, fəaliyyəti mənfi qiymətləndirilənlərin isə fəaliyyətinə xitam veriləcək .
Xatırladaq ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Məhkəmə sədri, hakimin işlədiyi məhkəmənin sədri həmin hakim barədə rəy verir. Həmçinin Ədliyyə Nazirliyi hakimin fəaliyyəti barəsində müvafiq sənədləri Məhkəmə Hüquq Şurasına (MHŞ) təqdim edir. Yekunda MHŞ toplanmış materiallar əsasında hakimin fəaliyyətinə qiymət verir. Fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilən hakimlərin fəaliyyətinə xitam verilməsi barədə prezidentə müraciət olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR