Bank Of Baku

Badri Patarkatsişvili: “Kulevi terminalının ARDNŞ-ə satılması regionda balansı bərpa etmək məqsədi güdür”

Badri Patarkatsişvili: “Kulevi terminalının ARDNŞ-ə satılması regionda balansı bərpa etmək məqsədi güdür”
# 12 fevral 2007 14:32 (UTC +04:00)
Gürcüstanlı biznesmen Badri Patarkatsişvili Azerbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Gürcüstanın Qara dəniz sahilindəki Kulevidə yerləşən neft terminalını satmasını şərh edib. Bu barədə APA-nın Gürcüstan bürosu məlumat verib. Biznesmen ümid edir ki, Azərbaycanın sərmayə qoyuluşları sayəsində Kulevidə Qara dənizin ən yaxşı limanlarından biri yaradılacaq.
B.Patarkatsişvili sahibi olduğu “İmedi” teleşirkətinə müsahibəsində bəyan edib ki, ARDNŞ-ə neft terminalını satmağa dair qərarı regionda balansı bərpa etmək istəyi ilə bağlıdır: “Qazaxıstan Gürcüstana investisiya qoyur, Azərbaycan investisiyaları isə ölkədə xarici kapital arasındakı balansı tarazlaşdıra bilər. Gürcüstanın strateji tərəfdaşı və qonşusu olan Azərbaycanın enerji daşıyıcılarının nəqli üçün neft terminalına ehtiyacı var. Terminal artıq elə səviyyədədir ki, yaxın günlərdə onu istismara vermək olar. Ağ neft terminalı artıq tamamilə hazırdır, tezliklə qaz terminalı da hazır olacaq”.
Xatırladaq ki, terminalın 2007-ci ilin ikinci yarısında işə salınması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR