Bank Of Baku

Ötən ilin oktyabrında Qobustan qapalı həbsxanasında baş vermiş insidentlə bağlı bir nəfər məsuliyyətə cəlb olunub

Ötən ilin oktyabrında Qobustan qapalı həbsxanasında baş vermiş insidentlə bağlı bir nəfər məsuliyyətə cəlb olunub
# 12 fevral 2007 14:37 (UTC +04:00)
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Qobustan qapalı həbsxanasında ötən ilin oktyabrında baş vermiş insidentlə bağlı başlanmış cinayət işi üzrə bir nəfər məsuliyyətə cəlb olunub. APA-nın sualına cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib ki, fevralın 8-də Nəsimi Rayon Məhkəməsi Samir Ağayev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Əliyev bildirib ki, S.Ağayev Qobustan qapalı həbsxanasında cəza çəkən Nuruş Əliyevlə həbsxanada görüşərkən ona qarşı xuliqanlıq hərəkətləri törədib və məhkuma bədən xəsarəti yetirib. S.Ağayevə ötən il oktyabrın 28-də Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, Qobustan qapalı həbsxanasının rəisi Sədaqət Ağayev və bölük komandiri Elşən Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Qobustan qapalı həbsxanasında aparılan xidməti yoxlama nəticəsində işdə yol verdikləri nöqsanlara və qanun pozuntularına görə vəzifələrindən kənarlaşdırılıblar. Adıçəkilən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün yoxlama zamanı toplanmış materiallar Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə cinayət işi başlanıb. Hələlik onlar barəsində qətimkan tədbiri seçilməyib. Qeyd edək ki, Qobustan həbsxanasının keçmiş rəisi Sədaqət Ağayevə 6 ayın yekunları ilə bağlı keçirilən müşavirədə fəaliyyətindəki nöqsanlarla bağlı xəbərdarlıq olunub. Ona işində dönüş yaratmaq üçün 3 ay vaxt verilmişdi. Qobustan həbsxanasının mühafizəsini normal təmin etmədiyi üçün o, tutduğu vəzifədən azad edilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR