Bank Of Baku

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bir qrup əcnəbi hüquq müdafiəçisini qəbul edib

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bir qrup əcnəbi hüquq müdafiəçisini qəbul edib
# 12 fevral 2007 14:53 (UTC +04:00)
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (AQHMC) sədri Novella Cəfəroğlu Qırğızıstan “Vətəndaşlar korrupsiyaya qarşı” Hüquq Mərkəzinin direktoru Tolekan İsmayılova, İrlandiya Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Fondun kordinatoru Katalina Rays, Qadın hüquqları və inkişafı üzrə Asiya Rassefik Forumun informasiya və əlaqələr üzrə məsul şəxsi Çolpon Akmatova ilə görüşüb. AQHMC-nin mətbuat xidmətindən verilən məlumata görə, N. Cəfəroğlu qonaqlara Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, qadın hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsində cəmiyyətin rolu, gender məsələləri və digər məsələlər barədə söhbət açıb. Qonaqlar da öz növbələrində fəaliyyətləri barədə məlumat veriblər. Qərara alınıb ki, gələcəkdə də bu cəmiyyətlər arasında əlaqələr davam etdirilsin. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR