Bank Of Baku

“Kapital Bank”ın səhmlərinin 50%-nin satış meyarları martadək müəyyən ediləcək

“Kapital Bank”ın səhmlərinin 50%-nin satış meyarları martadək müəyyən ediləcək
# 12 fevral 2007 15:03 (UTC +04:00)
Azərbaycan “Kapital Bank”ının nizamnamə kapitalında dövlətin iştirak payının 50%-nin özəlləşdirilməsilə bağlı ölkə prezidentin fərmanına əsasən bu ay ərzində bankın səhmlərinin satış meyarlarının müəyyən edilməsi prosesi başa çatdırıla bilər. Bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rauf Rzayev məlumat verib.
R.Rzayev bildirib ki, birinci mərhələ bankın dövlətsizləşdirilməsi xarakteri daşıyır ki, bu zaman bank aktivlərinin 50%-i dövlətsizləşdirilməlidir. İkinci mərhələdə isə bank özəlləşdiriləcək: “Dövlət bankı modernləşdirmək, səmərəliliyini artırmaq, eləcə də bankda iştirakın səmərəliliyini artımağı qarşısına məqsəd qoyub. Birinci mərhələnin yerinə yetirilməsi nəticəsində bankın kapitalı 2 dəfə deyil, daha çox artacaq. İkinci mərhələ isə 2-3 ilə reallaşa bilər”.
R.Razayevin sözlərinə görə, bu zaman bankın paylarının əldə edilə biləcəyi bütün meyarlar nəzərə alınmalıdır. Prezidentin fərmanı ilə yaradılan komissiya qurumun inkişaf meyarlarını müəyyən edəcək, təsisçilərin işi izləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR