Bank Of Baku

Balakəndə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulur

Balakəndə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulur
# 12 fevral 2007 15:08 (UTC +04:00)
Balakən rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulur. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyəti aparatının memarlıq bölməsinin baş memarı Əmir Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, parkın ümumi ərazisi 18 hektara qədər genişləndirilib. Hazırda parkın ərazisində bir sıra tikintilərin inşası sürətli şəkildə gedir. Parkın baş hissəsində - 35 metr yüksəklikdə Heydər Əliyevin 16,5 metr hündürlükdə abidəsi ucaldılacaq. Hazırda abidənin bünövrəsi tamamlanıb, abidəyə qalxmaq üçün 95 metr uzunluqda kaskat pilləkənin inşası başa çatmaq üzrədir. Ə.Vəliyevin sözlərinə görə, parkın girəcəyindən Heydər Əliyevin abidəsinə doğru 1,2 kilometr uzunluğunda kanat yolu inşa edilir. Parkın kənarına kəsmə çay daşından 1000 metr hasar tikilib, 300 metr hasarın tikintisi isə yaxın vaxtlarda başa çatacaq. Ə.Vəliyev bildirib ki, Heydər Əliyev adına parkın ərazisindəki mövcud tikintilərin inşası cari ilin may ayında tamamlanması və parkın istifadəyə verilməsi nəzərdə tutulub. Yaxın vaxtlarda parkın ərazisində Gənclər Evinin, üç kafenin, restoranın və H.Əliyevin abidəsinə qalxmaq üçün avtomobil yolunun inşasına başlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR