Benilüks Azərbaycanlıları Konqresi Amsterdamda yürüş-mitinq keçirəcək
13 fevral 2007 10:06 (UTC +04:00)
Fevralın 16-da Benilüks Azərbaycanlıları Konqresi (BAK) və qurumda təmsil olunan beş İraq-türkmən cəmiyyəti Hollandiyanın Amsterdam şəhərində yürüş-mitinq keçirəcək. BAK-dan APA-ya bildiriblər ki, Səddam Hüseyn rejimi devriləndən sonra kürd yaraqlıları bu ölkənin vətəndaşları olan türkmənlərə (azərilərə) qarşı soyqırım həyata keçirir, dünya ictimaiyyəti isə baş verənlərə laqeydlik göstərir. BAK və beş İraq-türkmən cəmiyyəti yürüş-mitinqi bu soyqırıma etiraz əlaməti olaraq təşkil edir. Aksiyanın keçirilməsi üçün artıq Amsterdam bələdiyyəsindən icazə alınıb. Yürüş-mitinq saat 13.30-da şəhərin mərkəzində yəhudi soyqırımının xatirəsinə ucaldılmış abidənin önündə başlayacaq. Aksiya iştirakçıları oradan Muzey Meydanına yürüş edəcəklər və meydanda yerləşən ABŞ-ın Hollandiyadakı səfirliyinin qarşısında mitinq keçirəcəklər. /APA/
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024