Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovun kassasiya şikayəti üzrə proses başlayıb
13 fevral 2007 10:16 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovun kassasiya şikayəti üzrə proses başlayıb. Məhkəmədən APA-ya verilən məlumata görə, proses iştirakçıları ilə aparılan müzakirələrdən sonra məhkəmə iclası fevralın 27-dək təxirə salınıb. İclasda iştirak edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə prosesin təxirə salınmasını bir qrup hüquq müdafiəçisinin Ali Məhkəmənin sədri Ramiz Rzayevə M. Mədətovun işini nəzarətə götürməsi barədə müraciəti ilə əlaqələndirib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M. Mədətov Cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq, məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib. /APA/
Hadisə
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
07:42
4 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024