Ema Udvin: “Avropa Birliyi qonşu dövlətlərdə münaqişələrin sülh yolu ilə nizamlanması üçün lazımi mühitin formalaşmasına yardım etməyə hazırdır”
13 fevral 2007 11:30 (UTC +04:00)
“Qonşu dövlətlərdə stabilliyin təmin edilməsi üçün bizdən asılı olan hər bir addımı atmaq borcumuzdur”. Bu açıqlamanı APA-ya Avropa İttifaqının beynəlxalq əlaqələr komissarı Benito Ferrero Valdnerin sözçüsü Ema Udvin verib. O, rəsmi Moskvanın Avropa Birliyindən postsovet məkanında “dondurulmuş münaqişələr”in həlli prosesinə müdaxiləni dayandırmaq tələbinə də münasibət bildirib: “Bizim qeyd etdiyimiz ölkələr sərhəd baxımından Avropa Birliyinə çox yaxın məsafədə yerləşir. Biz həmin ölkələrdə münaqişələrin sülh yolu ilə nizamlanması üçün lazımi mühitin formalaşmasına yardım göstərməyə hazırıq”. /APA/
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024