Hacıqabulda yeni xəstəxananın və iki inzibati binanın tikintisi başa çatıb
13 fevral 2007 14:37 (UTC +04:00)
Hacıqabulda yeni xəstəxananın və iki inzibati binanın tikintisi başa çatıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Aslanov məlumat verib. Onun sözlərinə görə, 50 çarpayılıq müasir standartlara cavab verən xəstəxana binasının, Qaz İstismar İdarəsi və Sosial Təminat Şöbəsinin inzibati binalarının tikintisi başa çatıb. Yaxın bir həftə ərzində onların istifadəyə verilməsi gözlənilir. Eyni zamanda 16 mənzilli şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün də yaşayış binası inşa olunur. Binanın da bu il təhvil verilməsi nəzərdə tutulur. /APA/
Hadisə
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:00
7 may 2024
Ötən ay 785 qanunsuz miqrant saxlanılıb - VİDEO
17:44
7 may 2024
Ucarda iş yerində xəsarət alan şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
17:35
7 may 2024
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi barədə ev dustaqlığı həbslə əvəz edilib
17:11
7 may 2024