Bank Of Baku

Narkotik maddə alverçiləri yaxalanıb

Narkotik maddə alverçiləri yaxalanıb
# 23 fevral 2007 11:23 (UTC +04:00)
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseynağa Babayev 0,312 qram heroini satarkən tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Feruz Axundzadə 0,132 qram heroini satarkən yaxalanıb. Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Sədrəddin Abbasovdan 1 qram, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Vüqar Məhəmmədovdan 0,261 qram heroin götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR