Bank Of Baku

Xətai rayon İcra Hakimiyyətinin Maliyyə İdarəsində baş verən bədbəxt hadisə ölümlə nəticələnib

Xətai rayon İcra Hakimiyyətinin Maliyyə İdarəsində baş verən bədbəxt hadisə ölümlə nəticələnib
# 23 fevral 2007 12:30 (UTC +04:00)
Xətai rayon İcra Hakimiyyətinin Maliyyə İdarəsində təmir işləri aparan fəhlə baş verən bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Adil Paşayev idarənin damında təmir işləri apararkən ayağı sürüşüb və 6 metr yüksəkliyindən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR