Bank Of Baku

“Xocalı soyqırımı: uşaqlara, qadınlara, ahıllara qarşı erməni amansızlığı” mövzusunda dəyirmi masa keçirilib

“Xocalı soyqırımı: uşaqlara, qadınlara, ahıllara qarşı erməni amansızlığı” mövzusunda dəyirmi masa keçirilib
# 23 fevral 2007 12:33 (UTC +04:00)
Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı soyqırımı: uşaqlara, qadınlara, ahıllara qarşı erməni amansızlığı” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyin sədri Nadir Abdullayev çıxışında əsas diqqəti Xocalı faciəsinin miqyasına yönəldib. O bildirib ki, Xocalıda ermənilər tərəfindən törədilən hadisələr insanlığa ləkədir və dünya ölkələri baş verənləri soyqırımı kimi qəbul etməlidir. “Qolos Karabaxa” qəzetinin redaktoru Qədir Nəsirov erməni hərbiçiləri tərəfindən Xocalıda öldürülənlərin meyitlərinin təhqir edildiyini xatırladıb. Xocalı sakini Müşkünaz Əhmədova isə başına gələnləri söyləyib: “Ermənilər şəhərə girəndən sonra biz Ağdam istiqamətində qaçmağa başladıq. Analara dedilər ki, elə edin ki, körpələrin səsi çıxmasın. Yoxsa ermənilər duyuq düşəcəklər. Qorxumdan qucağımdakı körpə Salatını elə sıxdım ki, uşaq boğuldu. Meyitini atmadım və uşağı belimə bağlayıb, yola davam etdim. Axşam qadınlardan biri mənə dedi ki, elə bil uşaq tərpənir. Salatın bu gün də sağdır. Ermənilər məni bala qatili etsələr də, Allah buna imkan vermədi”. Sonda tədbir iştirakçıları adından BMT-yə, ATƏT-ə, Avropa Şurasına və dünyanın digər nüfuzlu beynəlxalq təşkilatlarına müraciət qəbul edilib. Müraciətdə adıçəkilən təşkilatlardan Xocalı soyqırımına hüquqi qiymət verilməsi tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR