Bank Of Baku

Gəncə şəhər polis idarəsi gücləndirilmiş iş rejiminə keçib

Gəncə şəhər polis idarəsi gücləndirilmiş iş rejiminə keçib
# 24 fevral 2007 09:32 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsi artıq bir aydır ki, gücləndirilmiş iş rejimində işləyir. Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, şəhər ərazisi 15 koordinata bölünüb və hər gün axşam saat 21:00-dan səhər 07:00-dək hər koordinata 1 patrul maşını nəzarət edir. Şəhərdə gecə saatlarında həyata keçirilən patrul nəzarətinə 70-dək polis əməkdaşı cəlb olunub. İlqar Balakişiyev gücləndirilmiş iş rejiminin şəhərdə ictimai asayişin qorunması, cinayətlərin açılması və qabaqlanması proflaktikası tam təmin olunana kimi davam edəcəyini deyib. “Bu cür tədbirlər qabaqlayıcı tədbirlərdir. Bu tədbirlərin keçirilməsində əsas məqsədimiz hər hansı baş verə biləcək cinayətlərin qarşısını alınmasıdır.” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR