Bank Of Baku

Şəkinin bir neçə kəndi işıqsız qalıb

Şəkinin bir neçə kəndi işıqsız qalıb
# 26 fevral 2007 09:37 (UTC +04:00)
Şəki şəhərinin bəzi ərazilərinə və rayonun bir sıra kəndlərinə beş gündür elektrik enerjisi verilmir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən Şəki rayon sakinlərinin sözlərinə görə, rayon mərkəzinin bəzi hissələrində və rayonun Baş Zəyzit, Orta Zəyzit, Vərəzzət kəndlərinə və Aşağı Turan yaşayış məntəqəsinə fevralın 21-dən 22-nə keçən gecə baş verən güclü küləkdən sonra elektrik enerjisinin verilməsi dayandırılıb və bu günə kimi bərpa edilməyib. Bu isə əhali üçün ciddi problemlər yaradıb.
Şəki rayon Paylayıcı Elektirik Şəbəkəsindən (PEŞ) APA-nın şimal-qərb bürosuna verilən məlumatda rayonun sözügedən ərazilərində artıq beş gündür ki, elektrik enerjisinin məlum səbəbdən kəsilməsi faktı təsdiqlənib. Bildirilib ki, rayon mərkəzində bəzi elektrik transformatorları və rayonun sözügedən kəndlərinə gedən 10 min voltluq elektrik xətləri rayonda baş verən güclü küləkdən sonra qəza vəziyyətinə düşüb: “Hazırda rayon PEŞ-nin əməkdaşları güclü küləkdən sonra rayon ərazisinin elektrik xəttlərində yaranan qəzaların aradan qaldırılmasına çalışır. Yaxın iki gün ərzində rayonun elektrik enerjisi olmayan ərazilərinə elektrik enerjisinin verilməsi bərpa ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR