Bank Of Baku

“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib

“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib
# 26 fevral 2007 11:27 (UTC +04:00)
Bu gün “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasət Pirisoylu mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Pirisoylu beynəlxalq və Azərbaycan qanunvericiliyinə görə S.Sədaqətoğlunun əməllərində cinayət tərkibinin olmadığını bildirib. Azərbaycanda azad adamlarla asılıların mübarizəsinin getdiyini deyən R. Pirisoylu qeyd edib ki, Samir Sədaqətoğlu və Rafiq Tağının azad fikirli olduqlarına görə həbs olunublar. R. Pirisoylu ictimaiyyətdən S. Sədaqətoğlu və R. Tağıya qarşı qərəzli fikirlərə son qoyulmasını xahiş edib.
Xatırladaq ki, R. Tağı və S. Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi başlanmışdı. Martın 1-də Nəsimi Rayon Məhkəməsinin hakimi Məhəmmədəli Zülfüqarovun sədrliyi ilə R. Tağı və S.Sədaqətoğlunun işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR