Bank Of Baku

Moskvada daha bir azərbaycanlı skinxedlərin hücumuna məruz qalıb

Moskvada daha bir azərbaycanlı skinxedlərin hücumuna məruz qalıb
# 26 fevral 2007 12:23 (UTC +04:00)
Rusiya paytaxtında daha bir Azərbaycan vətəndaşı skinxedlərin hücumuna məruz qalıb. APA-nın məlumatına görə, “Şukinskaya” və “Oktyabrskoe Pole” metro stansiyaları arasında hərəkət edən qatarda iki skinxed adı açıqlanmayan Azərbaycan vətəndaşına hücum ediblər. Ruslar soydaşımızın ürək nahiyəsinə bıçaqla bir neçə zərbə endirib. Yaralı təcili olaraq Botkin xəstəxanasına çatdırılıb, həkimlər onun vəziyyətinin aşır olduğunu bildirir. Hüquq-mühafizə orqanları isti izlərlə hadisəni törədən iki skinxedi həbs etməyə müvəffəq olub. Faktla bağlı istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR