Bank Of Baku

Hacıkənddə Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Hacıkənddə Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
# 26 fevral 2007 12:33 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Gəncənin Hacıkənd qəsəbəsində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, anım mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Kəpəz rayon icra hakimiyyətinin başçısı Çingiz Muxratov və başqa şəxslər iştirak edib. Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Xocalı şəhidlərinin xatirəsinə 400 nəfərlik ehsan süfrəsi açılıb. Qeyd edək ki, Gəncənin Hacıkənd qəsəbəsində Xocalının Kosalar, Cəmilli və Meşəli kəndlərindən 1310 məcburi köçkün məskunlaşıb. Xocalı işğal edildikdən sonra ilkin olaraq Ucar və Göyçay rayonlarında məskunlaşan məcburi köçkünlər sonradan Hacıkənd qəsəbəsinə köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR