Bank Of Baku

Ötən ay cəbhə xəttində atəşkəs rejiminin ermənilər tərəfindən pozulması ilə bağlı son bir ildə ən aşağı göstərici qeydə alınıb

Ötən ay cəbhə xəttində atəşkəs rejiminin ermənilər tərəfindən pozulması ilə bağlı son bir ildə ən aşağı göstərici qeydə alınıb
# 01 mart 2007 11:18 (UTC +04:00)
Fevral ayında cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə bağlı son bir ildə ən aşağı göstərici qeydə alınıb. APA-nın Müdafiə Nazirliyinin təsdiqlədiyi məlumatlar əsasında apardığı monitorinqin nəticəsinə görə, ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimi 3 dəfə pozulub. Ermənilər fevral ayında cəbhənin Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd, Cəbrayıl rayonunun Lələ dağı istiqamətində Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutublar. Atəşkəsin pozulması nəticəsində ölən və yaralanan olmayıb.
Ötən ay digər səbəblərdən Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi həlak olub. Onlardan 2 nəfəri intihar, 2-si isə şəxsi zəmində münaqişə və silahla ehtiyatsız davranış nəticəsində dünyasını dəyişib. Bundan başqa 7 nəfər - 5 nəfər mina partlayışı, 1 nəfər silahla ehtiyatsız davranış, 1 nəfər isə yanğın nəticəsində xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR