Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Dublyaj redaksiyası oldu-olmadı, bütün telekanalların əcnəbi filmləri Azərbaycan dilində yayımlamasını tələb edəcəyik”

Nuşirəvan Məhərrəmli: “Dublyaj redaksiyası oldu-olmadı, bütün telekanalların əcnəbi filmləri Azərbaycan dilində yayımlamasını tələb edəcəyik”
# 01 mart 2007 11:32 (UTC +04:00)
İctimai Televiziyada (İTV) dublyaj göstəricisinin təxminən 80-85% təşkil etdiyini qeyd edən MTRŞ sədri hazırda ölkənin 4 televiziya kanalında Azərbaycan dilində nümayiş etdirilən əcnəbi filmlərin təqribən 70-80% təşkil etdiyini bildirib. N. Məhərrəmlinin sözlərinə görə, “Lider” və ANS telekanallarında da Azərbaycan dilində filmlərin nümayişi üstünlük təşkil edir: “ATV və “Spase”də isə bu göstərici 50-55% təşkil edir. Bu, həmin telekanallarda dublyaj redaksiyalarının olmaması ilə bağlıdır. Lakin biz tələb edəcəyik ki, dublyaj redaksiyası oldu-olmadı, bütün telekanallar əcnəbi filmləri Azərbaycan dilində yayımlasın”.
Qeyd edək ki, MTRŞ martın birinci ongünlüyündə Azərbaycan telekanallarında əcnəbi dillərdə filmlərin (bədii, sənədli, cizgi) nümayiş etdirilməsini qadağan edən qərar çıxaracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR