Bank Of Baku

Martın 6-7-də Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyaların birgə iclası keçiriləcək

Martın 6-7-də Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyaların birgə iclası keçiriləcək
# 01 mart 2007 13:34 (UTC +04:00)
Martın 6-7-də Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası keçiriləcək. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, iclasda iştirak etmək üçün Gürcüstanın delimitasiya və demarkasiya üzrə dövlət komissiyasının sədri, xarici işlər nazirinin müavini Georqi Mancqaladzenin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti gələcək. Azərbaycan tərəfdən dövlət komissiyasına xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir. Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədinin böyük hissəsi razılaşdırılıb, danışıqlarda ən çətin müzakirə olunan Keşişdağ adlanan ərazidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR