
Bu ay sizin üçün uğurlu olmalıdır. Artıq martın 8-i üçün pul, bahalı bəxşiş, sevgi etirafı şəklində xeyli hədiyyə alacaqsınız. Yaddaqalan görüşləriniz, səfərləriniz ola, beynəlxalq əlaqələriniz yarana bilər. Qadınlar işdə mövqelərini yaxşılaşdıra, şəxsi həyatlarında mühüm zəmanətlər ala bilər. Ayın ortalarında hadisələri sürətləndirməsəniz yaxşıdır, ulduzların düzülüşü bunun üçün əlverişli deyil. Qoçların öz bürclərinin vaxtını gözləmələri və fevralın 20-dən yaxın planlarını müəyyən etmələri məsləhətdir. Martın 25-ə kimi səhhətlə bağlı çətinlikləriniz ola, dostlarla, uşaqla və ya sevdiyiniz şəxslə münasibətləriniz korlana bilər. Kollektiv layihələr böyük səy tələb edəcək. Lakin ayın son həftəsi biznes və birgə iş üçün uğurlu olmalıdır.
Uğurlu günləriniz 19, 20 mart.
Buğa

Martın birinci yarısı fevralda qismən itirdiyiniz mövqelərə tədricən qayıtmağınıza imkan verəcək. Qadınlar bayramından sonra rəhbərliklə münasibətlərinizi yaxşılaşdıra, yaxın vaxt üçün əsas məqsədlərinizi aydınlaşdıra bilərsiniz. Ayın ortalarında səhhətiniz pisləşə bilər ki, bu da işinizdə əks oluna və ayın 25-dək davam edə bilər. Bu dövrdə zədə təhlükəsi olan fəaliyyət növlərindən yayınmaq, səhhətinizə qayğı ilə yanaşmaq, ağır fiziki işə girişməmək məsləhət görülür. Lakin sizin üçün ən mühüm hadisələr ayın 18-dən sonra, Venera bürcünüzə daxil olanda baş verəcək. Buğalaırn əksəriyyətinin şəxsi və mədəni həyatı fəallaşacaq, çoxlu dostlar və bazarlıq üçün xeyli imkanlar meydana çıxacaq. Evininiz və ya bağ evinizin dizaynı, xarici görüşünüz, bahalı əntiq əşyaların, bəzək-düzək əşyalarının əldə edilməsi ilə məşğul olmaq olar.
Uğurlu gününüz 21 mart.
Əkizlər

Yazın əvvəli Uran şüarı altında keçir. Bu planet həyatınızda xeyli qarşısıalınmaz dəyişiklik edə bilər. Onlardan bəziləri şəxsi həyatınıza, işinizə, məsələn, köçmək zərurəti ilə bağlı tamamilə yeni planlara aid ola bilər. Martın birinci həftəsində çoxlu faydalı məlumat toplaya bilərsiniz ki, bu da fevraldan bəri həll olunmamış qalan məsələləri həll etməyə imkan verəcək. Ayın 8-dən sonra isə işiniz və ünsiyyətiniz asanlaşacaq, sənədlərlə və mühüm danışıqlarla bağlı bir çox məsələləri həll edə biləcəksiniz. Lakin ayın 18-19-dək gördüyünüz işlərdə çoxlu maneələrlə qarşılaşa bilərsiniz, tərəfdaşlarınız və yaxınlarınızın çətinlikləri meydana çıxa bilər. Maliyyə cəhətdən asılılığa düşməmək vacibdir. Və yalnız ayın sonunda ulduzların sizi dəstəklədiyini hiss edəcəksiniz, ayın son üçdə bir hissəsi yüksəlişlə keçəcək. Yeri gəlmişkən, çoxları artıq yay planları hqda düşənməli olacaqlar.
Uğurlu günləriniz 23, 24 mart.
Xərçəng

Martda ətrafda baş verən möhtəşəm dəyişikliklərdən bir qədər kənarda qalacaqsınız, amma ayın həm əvvəli, həm də axırı ruhi yeniləşmə, çoxlu maraqlı görüş, təzə ideya və təklif gətirəcəyini vəd edir. Yazın əvvəlində sizin üçün şəxsi münasibətlər və işgüzar tərəfdaşlıq mövzusu çox vacib olacaq. Ayın birinci yarısında 5-6 və 13-14-də yaxın adamlarla ünsiyyətdə doğru qərarlar qəbul etmək və ədalətsizliyə yol verməmək lazım gələcək ki, işgüzar nüfusunuzu korlamayasınız. Günəş tutulmasından əvvəl ciddi tədbirlər planlaşdırmağa dəyməz ayın 12-dən 19-dək olan dövrdə hamımız üçün vəziyyətə nəzarət etmək çox çətindir. Əvəzində ayın 21-dən sizin üçün xoş xəbərlər və maraqlı məşğulliyyətiniz meydana çıxacaq, maliyyə vəziyyətiniz yaxşılaşa bilər, əhvalınız yaxşı olacaq.
Uğurlu günləriniz 25, 26 mart.
Şir

Yazın əvvəli sizin üçün həmişə o qədər də asan dövr deyil, adətən bu vaxt ciddi problemlər barədə heç düşünmək belə istəmirsiniz. Buna baxmayaraq, ayın 9-a kimi Şirlər işgüzar və şəxsi münasibətlərinin inkişafından razı qalacaq, sərfəli müqavilələr bağlaya, etibarlı tərəfdaşlar tapa, öz nigahlarını və ya sevgi ittifaqlarını möhkəmlədə bilərlər. Lakin ayın ortalarında çətin dövrlər başlaya bilər, bu zaman Marsla Saturn qarşıdurması çoxları üçün səhhətlə bağlı ağırlaşmalar, sərt rəqabət ucbatından münaqişələr, işdə xoş olmayan mühitlə nəticələnə bilər. Bu müddət ərzində, xüsusən ayın 16, 22 və 29-da hədsiz sərt və barışmaz hərəkətlərlə özünüzə ziyan vurmamağa çalışın. Marıtn son ongünlüyündə Şirlər özlərini daha yaxşı hiss edəcək, öz qüvvələrinə inamları artacaq. Ruhi tarazlığı saxlamaq üçün şəxsi büdcədən kənara çıxmamaq vacibdir.
Uğurlu günləriniz 1, 2, 28 mart.
Qız

Martda ətrafda baş verən proseslərə nəzarət etməyiniz asan olmayacaq. Göydə sizə əks mövqedə yerləşən Balıqlar bürcü hökmranlıq edir, bəzi dəyişikliklər sizi adət etdiyiniz sabitlik hissindən məhrum edə bilər. Qızlar çox zaman güzəştə getməli, başqalarının qoyduğu oyun qaydalarını qəbul etməli, işdə yeni və adət etmədikləri şərtlərlə razılaşmalı olacaqlar. Ayın əvvəlində və axırında ətrafınızda yeni insanlar meydana çıxa bilər ki, onlardan çox şey öyrənə bilərsiniz. Martın ilk və son istirahət günləri bir çox mühüm xəbərlər alacaqsınız. Qızların çoxu səfərlərə yollanmalı, texnikanın təmiri ilə məşğul olmalı, həkimə getməli, şəxsi münasibətlərdə hansısa məsələləri aydınlaşdırmalı olacaq. Çoxları üçün ən çətin dövr ikinci ongünlük olacaq ki, bu zaman bizneslə və sağlamlıqla bağlı böyük problemlər yarana bilər. Ayın üçüncü ongünlüyündə isə maliyyə vəziyyətinin yaxşılaşdığını, xarici aləmlə ünsiyyətdə harmoniya yarandığını hiss edəcəksiniz.
Uğurlu günləriniz 30, 31 mart.
Tərəzi

Baharın ilk ayı yaxın adamlarla və bütövlükdə ətraf aləmlə ünsiyyətdə sizə çoxlu təzə görüş və yeni emosiyalar bəxş edəcəyini vəd edir. Ən yaxşı dövrlərdən birinin martın 1-dən 8-dək olacağı gözlənilir ki, bu zaman Tərəzilər nigahda münasibətlərini xeyli yaxşılaşdıra, şəxsi həyat və işgüzar əməkdaşlıq üçün uğurlu tərəfdaşlar tapa biləcəklər. Bu müddət ərzində rəqiblərinizi dostlarınıza çevirə bilərsiniz və ümumiyyətlə başqalarından çox şey öyrənə bilərsiniz. Ayın ortaları bir qədər sakit keçəcək, ayın 20-dən sonra isə sizi yenidən yüksəliş gözləyir. Sizin üçün ən vacibi maliyyə məsələləri olacaq. Siz geniş kütlə qarşısına çıxaraq geniş əlaqələr qura bilərsiniz. Ayın axırında isə yeni tərəfdaşları cəlb etmək, danışıqlarda və vasitəçilik işlərində özünüzü fəal şəkildə göstərmək imkanınız meydana çıxacaq. Əgər martın 6-20-də öz emosiyalarınaza nəzarət edə bilsəniz, ay uğurlu keçəcək.
Uğurlu günləriniz 5, 7 mart.
Əqrəb

Martın ilk beş günündə bir çox işlərdə sürətli irəliləyişə nail ola, yeni dostluq əlaqələri qura bilərsiniz, ideyalarınız dəstəklənəcək. Bu ay yeni texnologiyaları mənimsəmək, işdə eksperiment keçirmək, evdə nəyisə dəyişmək olar. Hər hansı bir əyləncə həyatınızı daha maraqlı və parlaq edək. Bununla yanaşı ayın ikinci yarısında səhhətiniz pisləşə və işlərinizdə bəzi çətinliklər müşahidə edilə bilər. Ayın 18-19-dək başqa insanlardan güclü asıllıq gözə çarpa bilər, maliyyə çətinliklərinin olacağı mümkündür. Martın 19-da təzə ay çıxdıqdan sonra işgüzar məsələlərdə irəliləyiş müşahidə ediləcək, yeni layihələrə qatılmaq olacaq. Ayın axırında yaxın adamla münasibətlər həmçinin yeni zirvələrə qalxacaq, birlikdə tez-tez görüşlərə, kinoya, teatra, sərgilərə getməlisiniz. Ayın 25-dən sonra immunitetiniz kəskin şəkildə yaxşılaşacaq, bütün çətinliklər arxada qalacaq.
Uğurlu günləriniz 8, 9 mart.
Oxatan

Mart bürcünüz üçün məkrli ay ola bilər. Ayın düz 8-ə qədər istədiyiniz kimi yaşaya, səyahət edə, yeni tanışlıqlar qura, yaxınlarınıza hədiyyələr bəxş edə, özünüzə isə dəbdə olan şeylər ala bilərsiniz. Həmin vaxt üçün bir çox işgüzar məsələlər də öz-özünə həll olunacaq. Amma ayın ortasında Günəşin Plutonla münaqişəsi ucbatından mövqelərinizi saxlamaq çətin olacaq. Xeyli stress vəziyyəti meydana çıxa bilər. Ayın 18-19-a qədər işlərinizdə xeyli maneələr olacaq, səhhətlə bağlı çətinliklər, banklarla əlaqəli problemlər, gözlənilməz xərclər mümkündür. Ayın son 10 günlüyü daha uğurlu olacaq. Siz gücünün artdığını, yeni təşəbbüslər və istedadınızı göstərmək üçün şərait yarandığını hiss edəcəksiniz.
Uğurlu günləriniz 11, 12 mart.
Oğlaq

Mart hər şeyi öz yerinə qoymağa imkan verəcək, fevralda meydana çıxan problemlərin həllinə müəyyənlik gətiriləcək. Oğlaqların çoxu öz həyatını tez və uğurlu şəkildə dəyişə, yeni gəlir mənbələri tapa, yaxın vaxt üçün ən mühüm alacaqları şeylərinin planını tərtib edə bilərlər. Ayın əvvəlində və axırında ulduzlar qohumlarla münasibətləri yaxşılaşdırmaqda, yeni yerləri gəzməkdə, lazımi sənədləri əldə etməkdə sizə kömək edəcək. Bununla yanaşı, martda şəxsi ünsiyyət qeyri-müntəzəm ola bilər. Yeni tanışların hədsiz çılğınlığı, yaxınlarınızın diqqətsizliyi, ətrafdakıların hörmətsizliyi sizi qorxuda bilər. Lakin ayın üçüncü ongünlüyündə içinizdə rahatlıq və harmoniya yaranacaq, həm də xoş hədiyyələr və diqqət ala biləcəksiniz. Həmçinin karyerada yeni təkəbbürlü məqsədləriniz meydana çıxacaq.
Uğurlu günləriniz 13, 14 mart.
Dolça

Bu ay kişilər üçün xüsusilə mühüm ay olacaq, özünə və işinə yeni baxış, müstəqillik əldə etmək və uğur qazanmaq istəyi gətirəcək. Sizdə nəticəyə nail olmaq üçün yeni stimullar yaranacaq, çoxları üçün pul və nüfuzla yanaşı öz qabiliyyətlərini aşkar etmək, cəmiyyət üçün nəsə faydalı bir iş görmək vacib olacaq. Martın 8-i üçün kompüteriniz və ya avtomobiliniz təmirdən qayıda bilər. Həyatınız öz axını ilə davam edəcək, hərçənd bir çox işlərdə sizin çox şeyə yeni baxışınız meydana çıxacaq. Martın ikinci yarısında, təxminən ayın 15-dən 25-dək Marsla Neptunun əlaqəsi ucbatından psixoloji və fiziki enmə mümkündür, iş hədsiz çox səy tələb edə bilər. Buna görə də vacib işləri ayın son həftəsinə təyin etməsəniz yaxşıdır, bu dövr istirahət və qüvvələrin bərpa olunması üçün daha əlverişlidir.
Uğurlu günləriniz 15, 16 mart.
Balıqlar

Siz, şübhəsiz, ayın əsas qəhrəmanı olacaqsınız, heç bir gurultulu hadisə sizin iştirakınız olmadan keçməyəcək. Uranın təsiri sayəsində Balıqlar dəyişikliklərin önündə olacaqlar. Çoxunuz artıq ayın əvvəlində həyat tərzinizi, işinizi, şəxsi prioritetlərinizi, ünsiyyət dairənizi cəsarətlə dəyişəcəksiniz. Ay çox dolğun keçəcək və birinci ongünlüyün xoşagələn xəbərlərindən sonra sizi ikinci ongünlükdə xeyli sınaq gözləyir. Martın düz 19-a kimi özünü göstərməyinizin çox çətin olacaq, bu müddət ərzində səhhətinizin pisləşməsi, işdə müxtəlif xoşagəlməzliklər və dəyişikliklərin baş verməsi mümkündür. Pul ehtiyatınız olsa yaxşıdır ki, lazım olanda ayın 18-19 üçün ehtiyatsız qalmayasınız. Bu zaman hədsiz çox gücünüzü alan lazımsız işgüzar layihələri və şəxsi münasibətləri “ələyə” bilərsiniz. Martın son ongünlüyündə səfərlər və ünsiyyət üçün sərbəstlik yaranacaq, gözəl şeylər ala, yeni tanışlıqlar qura və bu ay nəyə ümid edə biləcəyinizi anlaya bilərsiniz.
Uğurlu gününüz 17 mart.