Bank Of Baku

Ağdamda Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi yaradılacaq

Ağdamda Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi yaradılacaq
# 02 mart 2007 08:42 (UTC +04:00)
Ağdamda Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi açılacaq. APA-nın Qarabağ bürosunun məlumatına görə, artıq nazirliyin əməkdaşları Ağdamda regional şöbənin inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər. Rayona səfər edən FHN nümayəndələri regional şöbənin hansı rayonları əhatə edəcəyini açıqlamasalar da, nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi Yamin Həsənov ətraf rayonların əhatə dairəsindən kənarda qalmayacağını bildirib: “Burada regional inzibati bina tikiləcək. Binanın fəaliyyətini təmin etmək üçün ərazidə kompleks qurğular, işıq, su və qaz xətti, anbar, gələcəkdə isə işçilər üçün yaşayış evlərinin də tikilməsi planlaşdırılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR