Bank Of Baku

Yevlaxda qətl törətmiş rayon sakini həbs edilib

Yevlaxda qətl törətmiş rayon sakini həbs edilib
# 02 mart 2007 10:06 (UTC +04:00)
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları fevralın 18-də rayon ərazisində qətl törətmiş rayon sakinini həbs ediblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əvvəllər məhkum olunmuş rayon sakini Anar Novruzov münaqişə zəminində həmyerlisi Fərid Kərimovu bıçaqla yaralayıb və hadisə yerindən qaçıb. Xəstəxanaya aparılan F. Kərimovun həyatını xilas etmək mümkün olmayıb. RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Novruzov həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR