Bank Of Baku

Ağdamın ermənilərin nəzarətində olan cəbhəyanı ərazisində güclü partlayış baş verib

Ağdamın ermənilərin nəzarətində olan cəbhəyanı ərazisində güclü partlayış baş verib
# 02 mart 2007 11:19 (UTC +04:00)
Ağdam rayonunun keçmiş Kökəltmə Birliyi adlanan ərazisində güclü partlayış baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, partlayış ərazinin ermənilərin nəzarətində olan hissəsində qeydə alınıb. Partlayış o dərəcədə böyük olub ki, onun səsi təkcə Ağdamın deyil, Ağcabədinin də bəzi kəndlərində eşidilib. Azərbaycan hərbçiləri ehtimal edir ki, partlayış düşmənin canlı qüvvəsinin və ya texnikasının minaya toxunması nəticəsində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR