Bank Of Baku

Lənkəranda qəza vəziyyətində olan binadan köçürülmüş sakinlərə kompensasiya ödəniləcək

Lənkəranda qəza vəziyyətində olan binadan köçürülmüş sakinlərə kompensasiya ödəniləcək
# 02 mart 2007 12:06 (UTC +04:00)
Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/2 saylı beşmərtəbəli yaşayış binası qəza vəziyyətindədir. APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Baş Dövlət Layihə İnstitutunun ekspertləri binaya texniki baxış keçirdikdən sonra onun sökülməsi qənaətinə gəliblər. Artıq dünəndən evin sakinlərinin köçürülməsinə başlanılıb, onlar müvəqqəti olaraq qohumlarının və yaxın adamlarının evlərində məskunlaşacaqlar.
FHN Baş Dövlət Layihə İnstitutunun direktoru Yaşar Mirzəzadə APA-nın cənub bürosuna bildirib ki, sözügedən binanın bünövrəsində aşınmalar əmələ gəlib, divarlarında dərin çatlar yaranıb. Y. Mirzəzadənin sözlərinə görə, bina yaşayış üçün yararsız vəziyyətə düşüb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavin İlham Hüseynov isə APA-nın cənub bürosuna bildirib ki, mövcud vəziyyət barədə respublikanın əlaqədar təşkilatlarına məlumat verib, hökumət qəzalı binanın sakinlərinə kompensasiya ödəyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR