Bank Of Baku

Tatyana Çaladze: “Mənə məlumat veriblər ki, Eynulla Fətullayev mənim fiziki məhvimi planlaşdırır”

Tatyana Çaladze: “Mənə məlumat veriblər ki, Eynulla Fətullayev mənim fiziki məhvimi planlaşdırır”
# 02 mart 2007 12:44 (UTC +04:00)
Qaçqın və Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Tatyana Çaladze bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, güc strukturlarından birinin əməkdaşı “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaktoru Eynulla Fətullayevin onun fiziki məhv edilməsi ilə bağlı müəyyən şəxslərlə danışıqlar apardığı barədə məlumat verib. APA-nın bildirdiyinə görə, məlumata inanmadığını deyən T. Çaladze E. Fətullayevin martın 15-də Yasamal rayon Məhkəməsində keçiriləcək prosesə gələcəyinə ümidvar olduğunu söyləyib.
Mətbuat konfransında iştirak edən “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov isə Tatyana Çaladzenin Qarabağ müharibəsi veteranı olmasından şübhələndiyi üçün məhkəməyə müraciət edəcəyini bildirib. Buna cavab olaraq T. Çaladze bildirib ki, 1992-ci ildə müharibədə iştirak edib. Mətbuat konfransında iştirak edən Müdafiə Nazirliyinin təmsilçiləri də T. Çaladzenin müharibə veteranı olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, T. Çaladzenin rəhbərlik etdiyi Qaçqın və Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzi xocalıları təhqir etdiyini əsas gətirərək, E. Fətullayevi məhkəməyə verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR