Bank Of Baku

Müdafiə Nazirliyi: “Fevralın 27-də Murov dağında Azərbaycan Ordusunun yalnız bir hərbçisi həlak olub”

Müdafiə Nazirliyi: “Fevralın 27-də Murov dağında Azərbaycan Ordusunun yalnız bir hərbçisi həlak olub”
# 02 mart 2007 13:59 (UTC +04:00)
Fevralın 27-də Murov dağında Azərbaycan Ordusunun yalnız bir hərbçisi qar uçqununa düşərək, həlak olub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib. İ. Verdiyev bildirib ki, nazirliyin “N” saylı hərbi hissəsində xidmət edən kiçik çavuş, 2005-ci ilin oktyabrında Abşeron rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1987-ci il təvəllüdlü Vasif Vaqif oğlu Feyzullayev qar uçqununa düşüb və hadisə nəticəsində həlak olub. O, kiçik çavuşla bərabər daha bir əsgərin də uçquna düşməsi barədə məlumatı təsdiqləməyib. Nazirlik əməkdaşı həmçinin, Naxçıvanda yerləşən “N” saylı hərbi hissədə əsgərlər arasında atışma baş verdiyi barədə yayılan məlumatı da təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR