Bank Of Baku

Şəkidə “Gənclərin vətənpərvərlik və vətəndaşlığın tərbiyəsinin təşkili” mövzusunda regional seminar-treninq keçirilir

Şəkidə “Gənclərin vətənpərvərlik və vətəndaşlığın tərbiyəsinin təşkili” mövzusunda regional seminar-treninq keçirilir
# 02 mart 2007 15:48 (UTC +04:00)
Bu gün Şəki şəhərində “Gənclərin vətənpərvərlik və vətəndaşlığın tərbiyəsinin təşkili” mövzusunda regional seminar-treninq işə başlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov məlumat verib. Onun sözlərinə görə, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının Gənclər və İdman idarələrinin, həmçinin bu rayonlarda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri iştirak edib. Seminar-treninqdə çıxış Gənclər və İdman Nazirliyinin nümayəndələri müasir gənclərin vətənpərvərliyi və vətəndaşlığı mövzusunda, tədbir iştirakçılarına ətraflı məlumat verib, seminar iştirakçıları ilə fikir mübadiləsi aparıblar. V. İsgəndərov regional seminar-treninqin işini sabah başa çatdıracağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR