Bank Of Baku

Mətbuat Şurasının iclasında yeddi şikayətə baxılıb

Mətbuat Şurasının iclasında yeddi şikayətə baxılıb
# 02 mart 2007 16:30 (UTC +04:00)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasında yeddi şikayətə baxılıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Nizami Bəhmənovun “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin “AzəriTriColor” saytındakı forumda söylədiyi fikirlərdə ciddi yanlışlıqlara, təhriflərə və iftiralara yol verilməsi iddiası ilə əlaqədar şikayət nəzərdən keçirilib. Komissiya mövqeyini təhlil edərək, saytla və cavablarla bağlı əsl həqiqətlərə aydınlıq gətirilməsi üçün məsələnin müvafiq orqanlarda araşdırılmasını zəruri hesab edib. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Alma” qəzetinə, “Azneft” İstehsalat Birliyinin “Cəmiyyət və hüquq” və “Ad günü” qəzetlərinə, Bakı Bərə Keçidində Xətt Polis Bölməsinin “Mozalan” jurnalına, Neftçalanın Bankə qəsəbə bələdiyyəsinin sədri Tahir Xantemirovun “7 Gün+” qəzetinə, Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi S. Məmmədovun və müğənni Rəqsanə İsmayılovanın “İdeal” qəzeti ilə bağlı şikayətləri də müzakirə olunub. Komissiya müraciətlərin müvafiq orqanlara göndərilməsini məqsədəuyğun sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR