Bank Of Baku

Ağdamda Eynulla Fətullayevin “Qarabağ gündəliyi” adlı yazısı ilə bağlı etiraz aksiyası keçirilib

Ağdamda Eynulla Fətullayevin “Qarabağ gündəliyi” adlı yazısı ilə bağlı etiraz aksiyası keçirilib
# 02 mart 2007 16:39 (UTC +04:00)
Bu gün Ağdam rayonunda Qarabağın Azərbaycanlı Gəncləri Beynəlxalq İctimai Birliyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Ağdam rayon Gənclər Təşkilatı “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin “Qarabağ gündəliyi” adlı yazısında yer alan məlum fikirlərlə bağlı etiraz aksiyası keçiriblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiya iştirakçıları hüquq-mühafizə orqanlarından Azərbaycanın işğal altında olan bölgəsinə E.Fətullayevin maneəsiz gedib-gəlməsinin səbəblərini araşdırmağı tələb ediblər. Aksiyanın sonunda prezidentə, baş prokurora, milli təhlükəsizlik və daxili işlər nazirlərinə müraciət qəbul olunub. Müraciətdə E.Fətullayevin əməllərinə hüquqi qiymət verilməsi, onun cinayət məsuliyyətinə cəlb olunması, rəhbərlik etdiyi qəzetlərin isə bağlanması tələb edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR