Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 03 mart 2007 08:45 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şağlaser kənd sakini, 1986-cı il təvəllüdlü Seymur Ağayevin idarə etdiyi “VAZ-2108” markalı 42 BJ 783 dövlət nömrə nişanlı “Jiquli” avtomaşını Lənkəran-Boradigah avtomobil yolunun Cil kəndi ərazisində sürət həddini aşdığından yoldan çıxaraq ağaca dəyib. Qəza nəticəsində maşındakı sərnişin, Lənkəran rayonunun Digah kənd sakini, 1972-ci il təvəllüdlü Rüfayil Balayar oğlu Dadaşov yerindəcə keçinib. Sürücü S. Ağayev və maşındakı digər iki sərnişin - Lənkəran rayonunun Digah kənd sakinləri, 1956-cı il təvəllüdlü Kazım Əhmədov və 1985-ci il təvəllüdlü Əhəd Əhmədov kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. MRX-dən APA-nın cənub bürosuna bildirilib ki, hər üç yaralının vəziyyəti orta-ağırdır. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR