Bank Of Baku

Şuşa köçkününün iki övladı toyuqdan zəhərlənərək ölüb

Şuşa köçkününün iki övladı toyuqdan zəhərlənərək ölüb
# 03 mart 2007 09:23 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, ailə üzvlərinin hamısı dükandan alınmış toyuqdan zəhərlənib. Ailənin iki azyaşlı üzvü - 5 yaşlı Əliyeva Çinarə İlqar qızı və 3 yaşlı Əliyeva Gülşən İlqar qızı zəhərlənmədən dünyasını dəyişib, digərlərinin vəziyyəti isə ağırdır. Onlar Qəbələ rayon mərkəzi xəstəxanasının toksikologiya şöbəsinə yerləşdiriliblər. Şuşa rayon Polis Şöbəsinin rəisi Orduxan Kərimov faktı təsdiqləyərək, APA-nın Qarabağ bürosuna bildirib ki, hadisə Qəbələ rayonu ərazisində baş verdiyindən faktı bu rayonun polis şöbəsi araşdıracaq.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə APA-ya açıqlamasında ölüm hadisəsinin qidadan olmadığını deyib. Z. Kazımovun sözlərinə görə, klinikaya qəbul zamanı da xəstələr naməlum zəhərlənmə diaqnozu ilə qeydə alınıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR