Bank Of Baku

Moskvada azərbaycanlılardan ibarət narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan dəstənin zərərsizləşdirilməsi zamanı bir soydaşımız yaralanıb

Moskvada azərbaycanlılardan ibarət narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan dəstənin zərərsizləşdirilməsi zamanı bir soydaşımız yaralanıb
# 05 mart 2007 09:29 (UTC +04:00)
Moskvada azərbaycanlılardan ibarət narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı milislər cinayətkar dəstənin üzvlərinə atəş açmaq məcburiyyətində qalıblar. Alıcı rolunda azərbaycanlılarla danışıq aparan mülki geyimli milis əməkdaşı 2,8 milyon rubl dəyərində narkotik maddə sifariş edib. Azərbaycanlılar pulu aldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə basqın ediblər, lakin soydaşlarımızın silahlı müqaviməti qarşıdurmaya səbəb olub. Atışma zamanı bir azərbaycanlı yaralanıb. Əməliyyatçılar dəstənin dörd üzvünü saxlamağa müvəffəq olublar, azərbaycanlıların yaşadığı evdə külli-miqdarda narkotik maddə götürülüb. Faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR