Bank Of Baku

Ötən ay 14 dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınıb, 15 nəfər saxlanılıb

Ötən ay 14 dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınıb, 15 nəfər saxlanılıb
# 05 mart 2007 15:14 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay dövlət sərhədinin pozulmasına dair 14 faktın qarşısını alıblar. DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən ay sərhəd pozulması nəticəsində 15 nəfər saxlanılıb. Saxlanılanların 5-i İran, 4-ü Gürcüstan, 2-si Azərbaycan, 1-i Əfqanıstan, 1-i Pakistan, 1-i İraq, 1-i Türkmənistan vətəndaşıdır. Ay ərzində 1 İraq və 1 Pakistan vətəndaşı saxta sənədlə, 2 Azərbaycan, 2 Gürcüstan, 1 Türkmənistan vətəndaşı isə başqasına məxsus sənədlə sərhədi keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rejimini pozduğu üçün sərhədin yaşıl sahəsində 18 halda 48 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 47 halda 53 nəfər, Sahil Mühafizəsində 8 halda 24 nəfər saxlanılıb ki, sərhəd rejimi pozucularının 83-ü Azərbaycan vətəndaşıdır. Ötən ay axtarışda olan 62 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib. 12 Türkiyə, 10 İran, 6 Azərbaycan, 4 Böyük Britaniya, 3 Hindistan, 3 Nigeriya, 2 Suriya, 1 İndoneziya, 1 Livan, 1 Almaniya, 1 Pakistan, 1 İsrail, 1 Türkmənistan vətəndaşı vizası olmadığı üçün dövlət sərhədindən buraxılmayıb. Ay ərzində iki halda 502 qram heroinin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Fevralda 38 halda ümumi dəyəri təxminən 47120 manat olan qaçaq malın sərhəddən keçirilməsinin qarşısı alınıb. 15 pnevmatik tüfəng, 192200 pnevmatik tüfəng patronu, 2 tüfəng, 16 mm-lik 16 patron, 7 giliz, 9 adda 26 ədəd müxtəlif təyinatlı görmə və ölçmə cihazı, 6560 ABŞ dolları, 151 qram zinət əşyası, 1310 siqaret, 2155 qutu dərman preparatı, 5,4 kq qara kürü, 21912 kq xurma, 1224 kq banan, 9300 metr balıq toru, 3280 ədəd qarmaq və çoxsaylı müxtəlif sənaye, kənd təsərrüfatı məhsulu qaçaqmal kimi götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR