Bank Of Baku

“N” saylı hərbi hissədə əsgər əsgəri güllələyib

“N” saylı hərbi hissədə əsgər əsgəri güllələyib
# 06 mart 2007 14:28 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, əsgər Malik Kazım oğlu Zalov avtomat silahdan atəş açaraq əsgər Şamxal Ağabəy oğlu Əliyevi güllələyib. Qarın nahiyəsindən yaralanmış Şamxal Əliyev aldığı xəsarətdən keçinib. Şamxal Əliyev 2005-ci ildə Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Hərbi Prokurorluqdan isə APA-ya bildirilib ki, Malik Zalov artıq həbs olunub, fakt üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR