Bank Of Baku

Ötən ay Azərbaycanın 2074785 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 2074785 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 07 mart 2007 09:34 (UTC +04:00)
2007-ci ilin fevral ayı ərzində Azərbaycanın 2074785 kv/m ərazisi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Ay ərzində 33565 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 25 minaaxtaran it, 156 istehkamçı, 47 PHS operatoru, 8 paramedik və 100-ə yaxın yardımçı işçi, 12 mexaniki minatəmizləmə operatoru, 5 mexaniki minatəmizləmə maşını iştirak edib. Ötən ay 2 mina/PHS hadisəsi qeydə alınıb. ANAM-dan bildirilib ki, indiyədək cəmi 45346980 kv/m ərazi mina və PHS-dən təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 139212-dir. 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, baş vermiş 83 hadisədə 51 nəfər həlak olub, 121 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR