Bank Of Baku

Az.TV-də növbəti dəfə ixtisarlar aparılacaq

Az.TV-də növbəti dəfə ixtisarlar aparılacaq
# 10 mart 2007 09:50 (UTC +04:00)
Bu barədə APA-ya Az.TV-dən məlumat daxil olub. Məlumata görə, televiziyanın işçiləri ilə bağlanan üç aylıq müqavilənin vaxtı martın 31-də başa çatacaq. QSC-nin rəhbərliyi bu dəfə işçilərin müəyyən bir hissəsi ilə müqavilənin vaxtını uzatmayaraq onları şirkətdən uzaqlaşdıracaq, digər qrup əməkdaşlar isə təqaüdə göndəriləcək. Lakin bu dəfə ixtisarların o qədər də geniş miqyasda aparılmayacağı gözlənilir. Məsələ ilə bağlı APA-ya açıqlama verən Az.TV QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova televiziyada islahatların davam etdirildiyini, bu işin uzun müddət davam edəcəyini bildirib: “Az.TV-də işəmuzd sisteminə keçilib. Ola bilər ki, işçilərin müqaviləsi başa çatanda onlardan kimlərləsə yeni müqavilə bağlansın, kimlərlə isə bağlanmasın”. Qeyd edək ki, Az.TV QSC-yə yeni sədr təyin olunandan sonra burada işçilərin kütləvi ixtisarı aparılıb. Şirkətin 2000-ə qədər əməkdaşından təxminən 500-ü ixtisar olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR