Bank Of Baku

Ağcabədi polisi xeyli sayda qanunsuz silah-sursat aşkarlayıb

Ağcabədi polisi xeyli sayda qanunsuz silah-sursat aşkarlayıb
# 12 mart 2007 08:29 (UTC +04:00)
Ağcabədi rayon Polis Şöbəsi xeyli sayda qanunsuz silah-sursat aşkarlayıb. Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, şöbəyə daxil olmuş naməlum zənglər əsasında rayonun müxtəlif yerlərində 2 ədəd 5,45 mm kalibrli AKM-74 markalı avtomat silahı, 1 ədəd beşatılan tipli silah, 2 ədəd ov tüfəngi, 1 ədəd TOZ-8 markalı tüfəng, 16147 ədəd avtomat patronu, hər birində 900 ədədə yaxın 7,62 mm kalibrli patron olan iki ədəd qutu və üç ədəd avtomat darağı tapılıb. Faktla bağlı araşdırma aparılır. Silahlar ekspertizadan keçmək üçün DİN-in müvafiq qurumlarına təhvil veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR