Bank Of Baku

Gəncədə kəskin qaz iyinin yayılması ilə əlaqədar panika yaranıb

Gəncədə kəskin qaz iyinin yayılması ilə əlaqədar panika yaranıb
# 12 mart 2007 11:11 (UTC +04:00)
Dünən axşam saatlarında Gəncənin Bağmanlar yaşayış ərazisindən başlayaraq şəhər boyu kəskin qaz iyi yayılmağa başlayıb. Bu isə öz növbəsində şəhərdə panika yaranmasına səbə olub. Bu barədə APA-nın qərb bürosuna şəhər sakinlərinə məlumat verib. Sakinlər qeyd ediblər ki, havada olan kəskin iy gecə saatlarında azalmağa başlayıb. Faktı Gəncə Qaz İstismar İdarəsinin (Qİİ) rəisi Adil Bağırov da təsdiqləyib. O bildirib ki, dünən Bağmanlar qəsəbəsində yerləşən qazpaylayıcı qurğuda Gəncəyə gələn məişət qazının tərkibinə vurulan odarant maddəsi normadan çox vurulub. Bu isə öz növbəsində belə problemlərin yayılmasına səbəb olub. A. Bağırov əlavə edib ki, dünən siqnal daxil olan kimi qəza xidmətləri bütün ərazilərdə olub və heç bir qaz sızması aşkar etməyiblər. Qİİ rəisinin sözlərinə görə, artıq problem öz həllinin tapıb. Məlumat üçün bildirək ki, normaya uyğun olaraq məişət qazının hər 1000 kubmetrinə 16 qram odorant vurulmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR