Bank Of Baku

Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində intihar hadisəsi baş verib

Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində intihar hadisəsi baş verib
# 12 mart 2007 12:07 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, sərhəd zastavasının əsgəri, 1988-ci ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuş Cavid Əbülfət oğlu Hüseynov özünü asaraq intihar edib. 2006-cı ildə Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış C. Hüseynovun nizam-intizamlı əsgər olduğu və komandirlərinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirdiyi bildirilir. İntiharın səbəbi kimi mərhumun güclü ruhi-əsəb sarsıntısı keçirdiyi bildirilir. Faktla bağlı Lənkəran Hərbi prokurorluğunda cinayət işi qaldırılıb. Mərhum artıq doğulduğu kənddə torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR