Bank Of Baku

Daxili İşlər Nazirliyi digər qurumlarla birgə yol qəzalarının qarşısı almaq və sayını azaltmaq məqsədi ilə əlavə tədbirlər planı hazırlayıb

Daxili İşlər Nazirliyi digər qurumlarla birgə yol qəzalarının qarşısı almaq və sayını azaltmaq məqsədi ilə əlavə tədbirlər planı hazırlayıb
# 12 mart 2007 14:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyi digər qurumlarla birgə avtonəqliyyat qəzalarının qarşısı almaq və sayını azaltmaq məqsədi ilə əlavə tədbirlər planı hazırlayıb və həyata keçirir. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov bildirib. Yol hərəkəti qaydalarını pozan, hərəkət sürətinə əməl etməyən sürücülərlə bağlı müvafiq tədbirlərin görüldüyünü deyən R. Usubov avtonəqliyyat vasitələrinin sayının sürətlə artmasının əlavə problemlər yaratdığını vurğulayıb: “Ötən il 80 minə qədər avtonəqliyyat vasitəsi artıb. Ondan əvvəlki il isə avtonəqliyyat vasitələrinin sayı 60 min ədəd artıb. Avtonəqliyyat vasitələrinin sayının artması əlavə problemlər yaradır”.
R. Usubov rayonlarda “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin müraciəti əsasında yerli polisin qaz istismar şöbələri ilə birgə reydlər keçirdiyini və araşdırmalar apardığını deyib. Nazir onu da əlavə edib ki, qaz sayğaclarının korlanması və s. kimi məsələlər birgə araşdırılır, sənədləşdirilir və günahkar şəxslərlə bağlı materiallar istintaqa göndərilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR