Bank Of Baku

Ombudsman UNİCEF-in regional direktorunu qəbul edib

Ombudsman UNİCEF-in regional direktorunu qəbul edib
# 12 mart 2007 16:56 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB üzrə regional direktoru xanım Mariya Kalifisi qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Elmira Süleymanova qonaqla Azərbaycanda son illər insan hüquqları istiqamətində görülən işlər haqda danışıb. E. Süleymanova uşaq hüquqlarının müdafiəsinin ölkəmizin prioritet məsələlərindən birinə çevrildiyini diqqətə çatdırıb. UNİCES-lə səmərəli əməkdaşlıq qurulduğunu söyləyən Ombudsman İnsan Hüquqları Müvəkkilliyində Uşaq Hüquqları Mərkəzinin yaradıldığını qeyd edib. Ombudsman Uşaq Hüquqları üzrə milli fəaliyyət planının hazırlanacağını da qonağa bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR