Bank Of Baku

Baloğlan Əşrəfova yeni rəhmətə getmiş insanın qaraciyəri köçürülə bilər

Baloğlan Əşrəfova yeni rəhmətə getmiş insanın qaraciyəri köçürülə bilər
# 13 mart 2007 08:37 (UTC +04:00)
Xəstəxananın həkimi Koray Acarlı APA-ya açıqlamasında bildirib ki, həm Azərbaycan, həm də Türkiyə xəstəxanalarında yeni rəhmətə getmiş insanların qaraciyərlərindən istifadə olunması məqsədilə onların ailələrindən icazə alınacaq. Onun sözlərinə görə, prosesin tez həyata keçirilməsi üçün artıq danışıqlara başlanılıb: “Sənətçinin qohumlarından çoxu donorluq etmək istəsələr də, onların qaraciyərləri uyğun gəlməyib. Əməliyyat qaraciyərin bir hissəsinin köçürülməsi yolu ilə baş verəcək”. K. Acarlı deyib ki, hazırda B. Əşrəfovun vəziyyəti sabitdir.
Qeyd edək ki, B. Əşrəfov martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Qaraciyərin serrozu xəstəliyinə yoluxduğu müəyyənləşdirildikdən sonra o, “Palmali” şirkətinin prezidenti Mübariz Məsimovun maliyyə yardımı ilə Türkiyənin İstanbul şəhərindəki “Memorial” xəstəxanasına göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR