Bank Of Baku

Zaqatalada heroin alverçisi həbs edilib

Zaqatalada heroin alverçisi həbs edilib
# 13 mart 2007 08:59 (UTC +04:00)
Zaqatala rayonunda narkotik maddə alveri ilə məşğul olan şəxs həbs edilib. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1974-cü il təvəllüdlü, hazırda Zaqatala şəhərində yaşayan Arif Mohmayev Ağdam rayonunda anadan olmuş və hazırda Gəncə şəhərində yaşayan 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədova 0,2 qram heroin satarkən yaxalanıb. İlkin istintaq zamanı A. Mohmayev törətdiyi əməli boynuna alıb və heroini B. Əhmədova 40 manata satdığını deyib. A. Mohmayev barəsində Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi qaldırılıb və istintaq aparılır.
Qeyd edək ki, A. Mohmayev əvvəllər də cinayət törətdiyinə görə məhkum olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR