Bank Of Baku

Samur-Abşeron kanalının Təmizləyici Su Hövzəsində külli miqdarda silah-sursat tapılıb

Samur-Abşeron kanalının Təmizləyici Su Hövzəsində külli miqdarda silah-sursat tapılıb
# 16 mart 2007 11:55 (UTC +04:00)
Siyəzən rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samur-Abşeron kanalının Təmizləyici Su Hövzəsində külli miqdarda silah-sursat aşkar edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Su Hövzəsindən tapılan silah-sursat arasında 1 ədəd snayper tüfəngi, 1 ədəd “Naqan” tapançası, 3 ədəd “TOZ-8” tüfəngi, 3 ədəd ov tüfəngi, 1 ədəd mərmi, 3 ədəd qumbara, 25 ədəd qumbara alışdırıcısı, 5 ədəd fişəng, 1 ədəd tüstüverici şaşka, 1 ədəd 200 qramlıq trotil şaşka, 4761 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR