Bank Of Baku

Həkim Koray Acarlı: “Baloğlan Əşrəfovu artıq həyati təhlükə gözləmir”

Həkim Koray Acarlı: “Baloğlan Əşrəfovu artıq həyati təhlükə gözləmir”
# 17 mart 2007 12:02 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında xəstənin həkimi Koray Acarlı məlumat verib. K. Acarlı bildirib ki, B. Əşrəfovun qaraciyəri gələn həftə əməliyyat olunacaq: “Hazırda xəstə özünü çox yaxşı hiss edir. Elə bu səbəbdən də biz ona istirahət etməyə imkan vermişik. Baloğlan Əşrəfovu artıq həyati təhlükə gözləmir, ölüm riski arxada qaldı. Əməliyyatdan iki ay sonra o, əvvəlki kimi, aktiv həyat tərzi sürə biləcək”. K. Acarlının sözlərinə görə, cərrahiyyə əməliyyatı çox çətin olduğu üçün hazırlıq işlərinə bu həftədən başlanılıb. Həkim B. Əşrəfov üçün üç donor arasında seçim aparıldığını da deyib.
Qeyd edək ki, B. Əşrəfov martın 8-də qaraciyər serrozu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra koma vəziyyətində olan xəstə Türkiyənin İstanbul “Memorial” Xəstəxanasına aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR