Bank Of Baku

İsraildə Azərbaycandan köçmüş Vadim Bintov adlı şəxs həbs edilib

İsraildə Azərbaycandan köçmüş Vadim Bintov adlı şəxs həbs edilib
# 19 mart 2007 09:41 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, V. Bintov həyat yoldaşı və qızı ilə birlikdə yəhudi olduqlarına dair saxta sənədlər təqdim edərək İsrail vətəndaşlığı almaqda ittiham olunur. Onların indiyədək dövlətdən 40 min şekel (təxminən 10 min dollar) əvəzsiz yardım aldığı bildirilir. Polis tərəfindən məhkəməyə göndərilən sənədlərdə V. Bintovun istintaq zamanı günahını boynuna aldığı qeyd olunub. Ancaq vəkil Rafael Rafaelov V. Bintovun günahsız olduğunu deyib. O, Bintovları adi yəhudi ailəsi adlandıraraq məhkəmədə bunun sübuta yetiriləcəyini açıqlayıb.
Qeyd edək ki, 2006-cı ildə İsraildə yəhudi mənşəli olduğuna dair saxta sənədlər təqdim etmiş 17 nəfər həbs olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR