Bank Of Baku

Lənkəranda azyaşlı piyadanı maşın vurub

Lənkəranda azyaşlı piyadanı maşın vurub
# 19 mart 2007 09:46 (UTC +04:00)
Martın 18-də saat 15:10 radələrində Lənkəran-Boradigah avtomobil yolunun Şağlaser kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1979-cu il təvəllüdlü Ramid Paşayev idarə etdiyi 60 BF 081 dövlət nömrə nişanlı “Jiquli ”avtomaşını ilə sürət həddini aşaraq piyada, Şağlaser kənd sakini, 1998-ci il təvəllüdlü Gurşad Həsənovu vurub. Nəticədə G. Həsənov kəllə-beyin travması ilə Lənkəran mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR